Azərbaycan İrpen şəhərinin bərpa edilməsində iştiraka başlayır

Azərbaycan Ukraynanın  Kiyev  vilayətinin  İrpen  şəhərində  baş  verən  hərbi  əməliyyatlar   zamanı   dağılmış   sosial obyektlerin bərpasında iştiraka başlayır, şəhərin yeniden qurulmasında öz dost əlini uzadır.

İrpen şəhərində yerləşən  və hərbi əməliyyatlar zamanı xeyli  ziyan dəyən  akademik  Zərifə  Əliyeva adına  İrpen “Dilçi” Humanitar Liseyi SOCAR'ın Ukraynadakı nümayəndəliyi tərəfindən tam təmir edilib. Bu gün isə Azərbaycan yeni lahiyələrə dəstək verməyə başlayır.

Bir müddət əvvəl Azərbaycan Dövlət Şəhərsalma və  Arxitektura Komitəsinin nümayəndə heyəti tərəfindən İrpen Tibb Mərkəzinə, Mərkəzi Mədəniyyət Evinə, incəsənət mərkəzinin tikilməsi planlaşdırılan əraziyə, yaşayış kompleksinin yenidən qurulacağı sahəyə baxış keçirilib.

Azərbaycan Respublikasının nümayəndə heyəti nümayəndə heyətinin səfəri çərçivəsində İrpen şəhər Şurasının rəhbərliyi ilə görüşü baş tutub, dağıntılara məruz qalmış binaların bərpası məsələsi geniş müzakirə edilib. 



Azərbaycan İrpen şəhərinin bərpa edilməsində iştiraka başlayır