Xankəndi şəhərində yerləşən inzibati binanın yenidənqurulması layihəsi, müasir idarəetmə tələblərinə cavab verən, funksional və estetik baxımdan bütöv bir inzibati mərkəzin formalaşdırılmasını hədəfləyir. Layihə çərçivəsində iki əsas bina — Bina A və Bina B — üzrə fasadların yenilənməsi, daxili planlaşmanın təkmilləşdirilməsi və ətraf mühitlə harmonik urbanistik həllər hazırlanmışdır
Baş plan şəhər məkanının ümumi strukturu nəzərə alınmaqla tərtib edilib. Yaşıllıq sahələri, piyada səkiləri, meydançalar və yol infrastrukturu ilə inzibati binalar arasında rahat əlaqə yaradılması prioritet olaraq müəyyənləşdirilib. Kompleks, mərkəzi meydan, şəhər stadionu və hotel zonaları ilə inteqrasiya olunmuş şəkildə layihələndirilib ki, bu da əraziyə vahid ictimai funksionallıq qazandırır
Layihədə fasadların müasir materiallarla yenilənməsi, binanın rəsmi xarakterini vurğulayan kompozisiya elementlərinin tətbiqi və enerjiyə qənaətli həllərin inteqrasiyası nəzərdə tutulur. Mövcud fasadlarla təklif olunan yeni fasadların müqayisəsi, memarlıq ifadəsinin daha dinamik və prestijli bir formaya keçidini nümayiş etdirir
Daxili planlaşdırma hissəsində iclas zalları, qəbul otaqları, iş otaqları, təhlükəsizlik zonaları və xidmət sahələri optimal funksionallıq prinsiplərinə uyğun yenidən qurulur. Məqsəd həm idarəetmə proseslərinin səmərəliliyini artırmaq, həm də ziyarətçilər üçün rahat və sistemli mühit formalaşdırmaqdır