Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin nәzdindә olan "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutu 1930-cu ildә fәaliyyәtә başlamışdır. Fәaliyyәtdә olduğu illәr әrzindә mülki vә yaşayış binalarının layihәlәndirilmәsi, qurğu vә әrazilәrin layihәlәndirilmәsi, şәhәrlәrdә vә kәndlәrdә yaşayış mәskәnlәrinin planlaşdırılması, hәmçinin, Azәrbaycan Respublikasının bütün әrazisi vә ayrı-ayrı regionları üzrә mәskunlaşma sxemlәrinin hazırlanması ilә mәşğul olmuşdur.
Ölkәnin qocaman vә nüfuzlu layihә institutlarından biri olan "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutunun fәaliyyәt istiqamәti müasir vә innovativ tәlәblәrә cavab verәn tikililәrin eskiz vә işçi layihәlәrinin, әrazi planlaşdırma sәnәdlәrinin bütün mәrhәlәlәrinә aid olan planlaşdırma işlәrinin, o cümlәdәn, ümumi planların, baş planların vә müfәssәl planların hazırlanmasını, hәmçinin,tikilmәkdә olan binalar üçün müәllif nәzarәtinin tәşkili vә aparılmasını, mövcüd binaların konstruktiv vәziyyәtini tәhlil edәn müayinә işlәrinin icrasını әhatә edir.
Dövlәt Şәhәrsalma vә Arxitektura Komitәsinin nәzdindә olan "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutu işğaldan azad olunmuş әrazilәrin yenidәn qurulması vә layihәlәndirilmәsindә aktiv iştirak edәn layihә tәşkilatlarından biridir. İşğaldan azad olunmuş әrazilәrdә yaşayış mәskәnlәrinin, ayrı-ayrı yaşayış vә ictimai binaların layihәlәndirilmәsini hәyata keçirmişdir. İnstitut hal-hazırda öz fәaliyyәtindә ciddi islahatlar aparmağı, müasir dövrün tәlәblәrinә vә çağırışlarına cavab verәn layihә mәhsullarının hazırlanmasını tәmin etmәyi, rәqabәt qabiliyyәtli, daim yenilәnmәnin vacib amil hesab edildiyi işgüzar mühitin formalaşdırılmasını qarşısına mәqsәd qoymuşdur. "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutu hal-hazırda beynәlxalq layihә tәşkilatları ilә birgә әmәkdaşlıq etmәkdәdir vә hәmin әmәkdaşlıq zamanı mәnimsәnilәn texnologiya vә innovativ yanaşmaları öz layihәlәndirmә işlәrindә әks etdirmәyә çalışır.
Qarşısına qoyduğu hәdәflәrә nail olmaq üçün "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutu bacarıqlı, perspektivli kadrların vә istedadlı gәnc mütәxәssislәrin cәlb olunması üçün mütәmadi olaraq müvafiq fәaliyyәtlәr hәyata keçirir. Eyni zamanda iş şәraitinin daim yaxşılaşdırılması, müasir avadanlıqlardan istifadә vә әmәk fәaliyyәtinin düzgün tәşkili vә qiymәtlәndirilmәsi әsas prioritetlәrdәndir. "Azәrmemarlayihә" Dövlәt Baş Layihә İnstitutu bütün fәaliyyәti dövründә hazırladığı layihә mәhsulları ilә ölkәnin tikinti sektoruna әhәmiyyәtli töhfәlәr vermiş, onlarla peşәkar mütәxәssisin formalaşmasına vә onların öz layiqli yerlәrini tutmalarında sәy göstәrmiş, etibarlı tәrәfdaşlıq, sәmimi vә dürüst kollektiv әnәnәlәrinin yüksәk dәyәrlәndirildiyi layihә tәşkilatıdır vә bu prioritetlәri qoruyub saxlamaq, davamlı olaraq inkişaf etdirmәk әzmindәdir.