Təklif olunan ərazi Tırnova şəhərinə paytaxt Sofiya istiqamətindən daxil olan əsas yolun üzərində, cənubdan Nikola Qabrovski küçəsi, şərqdən Krakov küçəsi, şimaldan Tırnova kolleci, qərbdən piyada yolu ilə ayrılmaqla idman zalı və üzgüçülük kompleksi ilə əhatə olunmuşdur.

Cənub şərq istiqamətində 2 mərtəbəli qeyri-yaşayış binası (mağaza) mövcuddur. N. Qabrovski küçəsi üzrə ərazi dairəvi hərəkət təşkil olunmuş yol ilə hüdudlanmışdır.

Şuşanın əsas simvollarından olan Xarı bülbül kompozisiyasının instolyasiyası, paytaxt Sofiya istiqamətindən Tırnova şəhərinə daxil olan əsas yolun birləşdiyi dairəvi yol kənarına yaxın yerləşdirilmişdir.

Eyni zamanda bu element parkın əsas simvollarından olmaqla yanaşı, əsas giriş elementi kimi nəzərdə tutulmuşdur. 

Ərazinin ümumi sahəsi: 18 186 m2-dır.

digər layihələr