Xankəndi şəhərində nəzərdə tutulan muzey binasının fasadlarının bərpası layihəsi, tarixi dəyərə malik tikilinin memarlıq üslubunu qorumaqla onun müasir tələblərə uyğunlaşdırılmasını hədəfləyir. Layihə əvvəlcə binanın tarixi araşdırmasını, xüsusən 1970-ci illərə aid görüntülərin və ilkin layihə materiallarının öyrənilməsini nəzərdə tutur. Bu yanaşma fasadın bərpasında orijinal memarlıq həllərinin maksimum dərəcədə saxlanmasına imkan verir
Araşdırmalar nəticəsində binanın mövcud vəziyyəti, plan quruluşu və ətraf mühitlə əlaqəsi qiymətləndirilib. Baş plan və mərtəbə planları üzrə təhlil bərpa işlərinin yalnız estetik deyil, həm də funksional baxımdan səmərəli aparılmasına şərait yaradır
Layihə təklifi çərçivəsində fasad materiallarının yenilənməsi, memarlıq elementlərinin bərpası və binanın ümumi görünüşünün tarixi simasına uyğun formalaşdırılması planlaşdırılır. Məqsəd — muzey binasını şəhər mühitinə uyğun, davamlı və ziyarətçilər üçün cəlbedici mədəni obyektə çevirməkdir