Xankəndi şəhərində planlaşdırılan yeni məscid layihəsi, şəhərin memarlıq simasına uyğun, funksional və estetik baxımdan düşünülmüş dini-mədəni məkanın formalaşdırılmasını hədəfləyir. Layihə 3,6 hektar ərazini əhatə edir və məscidlə yanaşı, parkinq sahəsi, köməkçi tikililər və dəstəmaz otağı kimi vacib infrastruktur elementlərini özündə birləşdirirBaş planın işlənməsi zamanı ətraf mühitlə harmoniyanın qorunması, yaşayış binaları, kilsə və ictimai obyektlərlə düzgün planlaşdırılmış əlaqə nəzərə alınıb. Məscidin ümumi görünüşü ənənəvi İslam memarlıq ünsürləri ilə müasir həllərin vəhdətini əks etdirir. Fasadlarda kaşı bəzəkləri, mərmər üzlüklər və taxta şəbəkə elementlərindən istifadə layihənin əsas vizual xüsusiyyətlərini təşkil edirLayihə yanaşması yalnız ibadət məkanının yaradılmasını deyil, həm də şəhər sakinləri üçün açıq, rahat və mənəvi dəyər daşıyan ictimai mühit formalaşdırmağı məqsəd qoyur. Yeni məscid, Xankəndidə dini irsin bərpası və mədəni müxtəlifliyin qorunması baxımından mühüm layihələrdən biri kimi dəyərləndirilir.