Xankəndi şəhərində yerləşən Təhsil, Elm və Mədəniyyət binasının fasadlarının yenidənqurulması layihəsi, mövcud tikilinin funksionallığını qorumaqla yanaşı, ona müasir memarlıq görünüşü qazandırmağı hədəfləyir. Layihə çərçivəsində bina yerləşdiyi ərazi ilə birlikdə təhlil edilmiş, mövcud vəziyyət və fasad həllərinin şəhər mühitinə təsiri qiymətləndirilmişdir

Konseptual yanaşmanın əsas məqsədi — binanın ictimai funksiyasına uyğun, estetik baxımdan səliqəli, davamlı və enerji baxımından səmərəli fasad sistemi formalaşdırmaqdır. Bunun üçün üzlük keramoqranit materiallarından, həmçinin korroziyaya davamlı metal panellərdən istifadə nəzərdə tutulur. Bu materiallar həm uzunömürlülük, həm də müasir vizual ifadə baxımından üstünlük təşkil edir

Layihə şəhər siluetinə əlavə dəyər qatmağı, binanı daha tanınan ictimai mərkəzə çevirməyi və eyni zamanda piyada axınları üçün daha açıq və rahat mühit formalaşdırmağı hədəfləyir. Yeni fasad həlli, memarlıq baxımından müasirliklə funksionallığın harmoniyasını təmin edən nümunələrdən biri hesab olunur.

digər layihələr